Modern.az

Qusarsa qəza - 5 nəfər xəstəxanaya müraciət edib

Qusarsa qəza - 5 nəfər xəstəxanaya müraciət edib

Aktual

4 Sentyabr 2019, 14:55

Qusarda yol nəqliyyat hadisəsi baş verib. Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisəsi nəticəsində xəstəxanaya 5 nəfər müraciət edib:

“Onlardan 39 yaşlı Pərvanə Babayevanın xəsarətləri ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılar 53 yaşlı Cəbrayılov Zeynulla, 29 yaşlı Elina Sevzixanova, 26 yaşlı Gülmirə Babayeva və 28 yaşlı Mine Qurbanova qapalı kəllə beyin travması və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər”.

Rəsmi məlumata görə, hazırda xəstələrin müalicələri davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı