Modern.az

Bakıda ölən piyadanın kimliyi məlum oldu

Bakıda ölən piyadanın kimliyi məlum oldu

Aktual

5 Oktyabr 2019, 14:14

Bakıda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 1 radələrində paytaxtın Nizami rayonu Heydər Əliyev prospektində Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı