Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli, Lənkəranda bir sira aqrar və fermer təsərrüfatlarına baş çəkmiş, əkin sahələrində təsərrüfatçılarla söhbət edib.
Modern.az xəbər verir ki, söhbət əsnasında millət vəkili əmək tutumlu iş yerlərinin açılmasından, ölkə başçısı cənab İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi qayğıdan, Azərbaycanın rayonlarına turist axını yarada biləcək yeni bir sahədən “Ekoturizm”dən, kiçik sahibkarlığın inkişafı ilə bağlı verilən qərar və sərəncamların əhalinin güzəranının yaxşılaşmasında xüsusi rol oynamasından söhbət açıb.
Təsərrüfatçılardan Səxavət Əliyev, Məhərrəm Quliyev, Fəxrəddin Hüseynov və başqaları öz növbələrində göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmiş və vaxt tapıb onlarla görüşdükləri üçün millət vəkilinə də təşəkkür edib.