Modern.az

Alın yazısı hədər yazılmır...! Bayramın Mübarək əziz Müəlliml

Alın yazısı hədər yazılmır...! Bayramın Mübarək əziz Müəlliml

Aktual

5 Oktyabr 2019, 15:03

Bu dünyada iki nəfərin haqqı ödənməz, deyiblər, bir ANANIN, bir  MÜƏLLİMİN! Və yəqin ki, yeganə həqiqətdir ki, heç kim onu nə dana, nə inkar edə bilməz.

 

Kamal Abdullanın  bir şerində deyildiyi kimi, “ Alın yazısı hədər yazılmır... “ bu doğrudan da belədir, müəllimlik bizim alın yazımızdır və bu fikrə şerdən süzülüb gələn anlamlarla davam etmək istərdim...

Kim xatırlayar, nədən başladıq,
Bu ömür ki var - əvvəli hanı?
Necə yaşadıq, necə yaşlandıq,
Payız da bitir - xəzəli hanı?

Sənin özünün Allahın varmış,
Sənin gözünün içində imiş
Sənin Allahın daha cavanmış,
Sənin Allahın daha gözəlmiş.

Alın yazısı hədər yazılmır,
Qayıdacaqdın - taleyin budur.
Sənin üzündə kədər yazılıb,
Gözün doludur, qəlbin doludur.

 

Bütün peşələr özəl xüsusiyyətlərinə görə müəyyən əhəmiyyət daşıyır  və əlbəttə ki, hamısı həyatımızda önəmli yer tutaraq vacib hesab olunur, amma müəllim peşəsi xarakter və prinsip etibarilə bütün peşələrdən öndə gedərək zirvədə dayanır. Üstün cəhəti isə necə deyərlər “Docendo discimus”, yəni daim öyrədərək özüsmüz də öyrənirik və ya başqa tərzdə ifadə etsək, daim öyrənmək, öyrənərək öyrətmək, bəşər övladlarının gələcəyinə məsuliyyət daşımaqla düzgün istiqamətlərə yönəltmək, dünyagörüşlərinin formalaşmasında müəyyən mənəvi-intellektual dəstək olmaq, daimi yaradıcılığa bağlı olmaq, saf, pak sənət olaraq daim cəmiyyət arasında, hətta  ondan da öndə olmaq, iş prinsipinə görə birbaşa və müntəzəm elmi-nəzəri-praktiki biliklərə bağlı, əlaqəli olmaq, daim oxumaq və nəticə etibarilə digərlərini də oxutmağa həvəsləndirmək  və bütün bu sadalanlardan irəli gələn hamıdan çox ən ümdə olan böyük və ciddi cavabdehlik kimi missiyanı özündə daşıması baxımından müəllimlik məsuliyyətli və çətin peşədir...

 

İllərdir bu sahədə külüng vuran tanıdığım, müəllim ordusunun önündə addımlayan yalnız bir neçə  müəllim adlarını sadalamq istərdim ki, eyni ali müəssisədə təhsil aldığım və çalışdığım zaman kəsiyində bildiyim qədər onların pedaqoji sahədə uzun və uğurlu yolları olmuş, əsl ziyalı, bilikli, elmli şəxsiyyətlər olaraq yaddaşımızda xüsusi iz buraxıblar, onlardan elmi və qələmi ilə bu gün də millətə xidmət edən hörmətli akademik Kamal Abdulla, gənc müəllim və alimlərin daim elmi mühazirələrini maraqla izlədiyi hörmətli professor Qorxmaz Quliyev, dilçilik sahəsində hamımızın ehtyacımız olduğu professor Fəxrəddin Veysəlov, hər zaman dünyagörüşü və gözəl həmsöhbət olan professor Naile xanım Sadıxova, cəsarətli çıxışları ilə sevilən professor Məsmə xanım Qazıyeva, intieligenti , şəxsiyyəti, gözəl insanı keyfiyyəti ilə kafedra rəhbəri kimi hamının çox sevdiyi və hörmət bəslədiyi  Ədalət xanım Abdiyeva, Sevdagül xanım Əliyeva, kafedra rəhbəri kimi gözəl idarəçiliyi ilə, insanlığı ilə seçilən dosent Şaban Şabanov, işləməkdən yorulmayan, elmi işlərə məsuliyyətlə rəhbərlik edən, ciddi , açıq və haqlı iradıyla dosent Sevinc xanım Zeynalova, elmi işlərin fəal, cəfakeş təşkilatçısı Sevda xanım İmanova və magistrlərdən tutmuş elmlər namizədləri olan bir çox müəllimnin elmi işlərinin ərsəyə gəlməsində xüsusi zəhməti olan dosent Dilbər xanım Zeynalova, uzun illər yüksək intillekti ilə bizlərə örnək olan professor Dilarə xanım İsmayılova, Serbiya və digər xarici dövlətlərdə Azərbaycanı və mədəniyyətini, elmini layiqli təmsil edən, tanıdan dosent Lalə xanım Məcidova, kübarlığı, yüksək mədəniyyəti, bacarığı ilə rəhbərlik etdiyi kollektivdə böyük hörmət və sevgi qazanan dosent Nərgiz xanım Seyidova, ziyalı ailənin layiqli davamçısı dosent Aytən xanım Hacıyeva, müəllimlərin hüququnun layiqli müdafiəçisi dosent Misgər Məmmədov və gözəl insan, gözəl dost müsiqi üzrə mütəxəssis Gülnarə Xanım Quliyeva kimi neçə-neçə yüksək şəxsiyyətli  pedaqoq ordusu olduqca Azərbaycancanın gələcəyi ümidverici və gözəl olmasına inamı daha da artırır.

 

Birmənalı şəkildə qeyd edə bilərik ki, adları sadalanan ziyalılarımızla yanaşı adlarını çəkə bilmədiyimz neçə-neçə hörmətli ziyalı müəllimlərimiz vardır ki, onların varlığı və zehni əməyi Azərbaycanan xalqına böyük töhvədir. Burda öz müəllimlərimizə ehtiram olaraq onu da mütləq vurğulamalıyıq ki, bugünkü biz müəllimlərin mütəxəssis kimi yetişməsində bizim də yüksək səviyyəli müəllimlərimiz olmuşdur və bir çoxlarının artıq həyatda olmamalarına baxmayaraq onların nurlu simaları əbədi olaraq qəlbimizdədir və onların dəyərli zəhməti bizim bugünkü fəaliyyətimizdə yaşamaqdadır və yaşayacaq.

Bizim peşənin digər peşələrdən ən fərqli , maraqlı, ağır deməzdim, amma sonsuz zehni zəhmət tələb edən cəhətlərindən biri də odur ki, biz tək iş yerində öhdəliyimizi yerinə yetirmir, iş saatını bitirib evə dönəndən sonra,  bir sıra ailə-məişət məsələlərini yoluna qoyandan sonra da, gecə yarısınadək, masa üzərinə yorulmuş başımız əyilənədək öz sevimli işimizdən ayrılmadan çalışırıq...hətta məvacibimizin azlığı müqabilində belə, bunu  nəzərə almadan belə...

 

Nə deyim...Nə qədər zehni əmək sərf etsək də, etiraf etməliyik ki, MÜƏLLİM –doğrudan da, ŞƏRƏFLİ peşədir və bu böyük müəllim ordusu sıralarında xidmət edən hər bir müəllim şərəfli yoldadır... Zəhməti, əziyyəti qədər böyük olan adımız bizi cəmiyyətin önəmli , vacib və əhəmiyyətli şəxsi edir!..

Bu ada layiq olaq! Layiq olaq ki, layiqli, keyfiyyətli  və dəyərli vətəndaşlar yetirə bilək!...Bu yolda sənə böyük  uğurlar diləyirik əziz MÜƏLLİM!

Müəllim adının arxasında səbr, təmkin, bilik, bacarıq, humanistlik, təlim, tərbiyə, sözün əsl mənasında insanı fərddən şəxsiyyətə çevirən bir ali varlıqdan söhbət gedir. Bu ada layiq olaq! Bu adi layiqli daşıyıcıları olmaq arzusuyla əziz MÜƏLLİMLƏR bayramınızı təbrik edir və sİzlərə ÇOX SAĞ OLUN deyirik!

P.S. Ancaq vacib olan bir məqamı, buna etiraf da demək olar, vurğulamaq istərdik ki, bizi yaxşı bir müəllim kimi yetişdirən, inkişaf etdirən həm də kiatablardır.Yəqin hamı razılaşar ki, hamımızın ən birinci və ən ümdə bir “müəllimi” var, o da KİTABdır. İstəməzdim müasir informasiya texnologiyalarının mühüm rol oynadığı bir dövrdə kitablar arxa plana keçsin, unudulsun, axı bizi biz edən, kamilliyə aparan möcüzə kitablardır, bu baxımdan bu gün həm də kitablarımızın da bayramı hesab etmək olar!

 

Nigar Haqverdiyeva,
ADU-nun Beynəlxalq münasibətlər və Regioşünaslıq fakültəsinin nəzdində Xarici dillər kafedrasının baş müəllimi

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı