Modern.az

Yeniyetmələr məişət zorakılığı ilə bağlı bilgiləndirilib - FOTO

Yeniyetmələr məişət zorakılığı ilə bağlı bilgiləndirilib - FOTO

Aktual

5 Oktyabr 2019, 20:56

Yeniyetmələr məişət zorakılığına qarşı mübarizə ilə bağlı maarfləndirilib.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, Abşeron rayonu Qobu qəsəbəsində fəaliyyət göstərən Laçın rayon  29 saylı tam orta məktəbində keçirilən tədbirə  məktəb kollektivi, yuxarı sinif şagirdləri və onların  valideyinləri  qatılıb.

Tədbir  iştirakçılarına ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Sevinc Məmmədova məişət zorakılığının mənfi fəsadları ilə bağlı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılara həm də psixoloji məsləhət verilib.

Tədbirin sonunda təlim iştirakçılarına məlumatlandırıcı bukletlər təqdim edilib və onların sualları cavablandırılıb.

Qeyd edək ki,  "Məişət zorakılığının mənfi nəticələrinin aradan qaldırılmasına dəstək"  adlı layihə  Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunur.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı