Modern.az

Metroda 20 yaşlı gənc boynundan bıçaqlanıb

Metroda 20 yaşlı gənc boynundan bıçaqlanıb

Aktual

5 Oktyabr 2019, 21:29

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...