Modern.az

Riqada etiraz aksiyası - Rusdilli təhsilə görə

Riqada etiraz aksiyası - Rusdilli təhsilə görə

Aktual

6 Oktyabr 2019, 08:59

Latviyanın paytaxtında ölkədə rusdilli təhsilin ləğvinə qarşı etiraz aksiyası keçirilib.


Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, 900 nəfərin qatıldığı aksiya iştirakçıları Nazirlər Kabinetinə doğru yürüş təşkil ediblər. Latviya Rus İttifaqının təşkilatçılığı ilə keçirilən aksiyada iştirakçılar latış, rus və ingilis dillərində “Rus uşaqlara ana dilində təhsil!” şüarı ilə çıxış ediblər.


Xatırladaq ki, sentyabr ayında hökumət bütün Latviya bağçalarında tədris dilinin latış dili olmasını təmin edən qanunu qəbul edib. Gələcəkdə eyni qaydanın təhsilin bütün pillələrinə aid ediləcəyi də bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı