Modern.az

ABŞ-da atışma: 4 nəfər ölüb

ABŞ-da atışma: 4 nəfər ölüb

Aktual

6 Oktyabr 2019, 16:21

ABŞ-ın Kanzas-Siti (Kanzas ştatı) şəhərində naməlum şəxs tərəfindən atəş açılıb.

 

Modern.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə "NBC" teleşirkəti bildirib.

 

Məlumata əsasən, hadisə nəticəsində ən azı dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb.

 

Hadisə gecə saatlarında şəhər barlarından birində baş verib. Şübhəli bilinən şəxs bara daxil olaraq qonaqlara atəş açıb. Bildirilir ki, həmin şəxs hələ də azadlıqdadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi