Bu gün Tunisdə parlament seçkiləri üçün səsvermə keçirilir.
Modern.az xəbər verir ki, yerli vaxtla saat 08:00-dan başlayan səsvermə saat 18:00-dək davam edəcək. Səsvermə 33 seçki dairəsində aparılır ki, bunlardan da 27-si ölkə ərazisində yerləşir.
217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd qeydə alınıb.