Modern.az

Bakıda nənə və nəvəni maşın vurdu

Bakıda nənə və nəvəni maşın vurdu

Aktual

6 Oktyabr 2019, 22:19

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

"Hyundai" markalı avtomobil piyada keçidindən keçən nənə - 1966-cı il təvəllüdlü Süleymanova Albina Gennadi qızını və onun nəvəsi - 2017-ci il təvəllüdlü Bayramov Daniar Ruslan oğlunu vurub. Yaralılar təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıblar. A.Süleymanovaya sağ budun geniş cırılmış yarası və çanaq sümüyünün sınığı, D.Bayramova üzün sıyrılmış yaraları diaqnozu qoyulub.

Fakla bağli araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı