Modern.az

"Qarabağ"dan ardıcıl yeddinci qələbə

Aktual

6 Oktyabr 2019, 22:36

Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

Modern.az  xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Sabah"ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 "Qarabağ"ın heyətində 17-ci dəqiqədə Maqaye Qeye, 51-ci dəqiqədə isə Abbas Hüseynov fərqlənib


Ardıcıl 7-ci qələbəsini qazanan "Qarabağ" 21 xalla liderliyini daha da möhkəmləndirib. "Sabah" isə 5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" evdə "Keşlə" ilə (0:0), "Zirə" isə "Qəbələ" ilə heç-heçə (1:1) edib. "Neftçi" isə "Səbail"i minimal hesabla (2:1) üstələyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı