Modern.az

Belçikalı deputat: ““Düdelanj” - “Qarabağ” oyununda yaşananlar qəbuledilməzdir”

Belçikalı deputat: ““Düdelanj” - “Qarabağ” oyununda yaşananlar qəbuledilməzdir”

Aktual

7 Oktyabr 2019, 11:20

““Düdelanj” - “Qarabağ” oyunu zamanı yaşananlar qəbuledilməz hadisədir. UEFA bu məsələdə tərəf tutmamalı və günahkar klubu cəzalandırmalıdır”.

Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk Modern.az-a bildirib ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz deyib.

"Qarabağ beynəlxalq hüquqda da Azərbaycanın torpağıdır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Beynəlxalq sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Təəssüf ki, ATƏT-in Minsk qrupunun fəaliyyətində 1994-cü ildən bu günə kimi heç bir irəliləyiş yoxdur. Bu bizi narahat edir. Ümumiyyətlə, idman yarışları siyasət, şiddət və təxribat meydanı olmamalıdır. UEFA-dan cəsur qərar cəza gözləyirik. Həm də Azərbaycan təxribatla bağlı hərəkətə keçməlidir",-deyə deputat açıqlamasında qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı