Modern.az

Mahir Emreli milli komandanın heyətindən ÇIXARILDI

Mahir Emreli milli komandanın heyətindən ÇIXARILDI

Aktual

7 Oktyabr 2019, 14:24

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, Premyer Liqanın son turunda “Sabah”la oyundan zədələnən "Qarabağ"ın hücumçusu Mahir Emreli millimizin qarşıdakı iki oyununda iştirak edə bilməyəcək. Əvəzində, “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət olunub.

Qeyd edək ki, yığmamız oktyabrın 9-da Bəhreyn yığması ilə yoldaşlıq oyunu keçirəcək, oktyabrın 13-də isə Avro-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı