Modern.az

Qoşulmama Hərəkatı ölkələrin gənc liderləri Bakıda toplaşacaq

Qoşulmama Hərəkatı ölkələrin gənc liderləri Bakıda toplaşacaq

Aktual

7 Oktyabr 2019, 15:52

Demokratik Islahatçı Gənclər İctimai Birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət  və hökumət başçılarının XVIII Zirvə Görüşünün 2019-cu ildə Bakı şəhərində keçirilməsi ərəfəsində gənclər təşkilatlarının beynəlxalq Forumu” adlı layihənin icrasına başlayıb.

İctimai birlikdən Modern.az-a verilən məlumata görə, layihənin əsas məqsədi, QH ölkələrinin gəncləri arasında Azərbaycanın gənclər siyasətinin, ASAN xidmət brendinin BMT-dən sonra ən böyük beynəlxalq təşkilat sayılan bu qurumun gəncləri arasında təbliğ etməkdir: “Biz buraya həmin ölkələrin bir hissəsinin gənclər təşkilatlarnı, gənc liderlərini dəvət etməklə, bu günün fəal gənci, gələcəyin məmuru, siyasətçisi olan bu fəallar vasitəsilə ölkəmizin uğurlu təbliğatını aparmağı hədəfləyirik”.

İki gün davam edəcək Forumda könüllük fəaliyyəti, gənclər siyasəti çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Forumun üçüncü günü qonaqların bir sıra dövlət qurumlarında görüşlərinın keçirilməsi nəzərdə tutulur.

Oktyabrın 21-24-ü tarixlərində reallaşacaq Forumun işində Cənubi Koreya, İordaniya, BƏƏ, İran, Küveyt, Qətər, İraq, Özbəkistan və s ölkələrin gənc liderləri qatılacaqlar .   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı