Modern.az

Hər gün 10-15 sürücü işdən kənarlaşdırılır - BNA-nin rəhbəri

Hər gün 10-15 sürücü işdən kənarlaşdırılır - BNA-nin rəhbəri

Aktual

7 Oktyabr 2019, 17:13

"Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır". 

Gununsesi.org-un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli "Bakı Nəqliyyat Agentliyi - Media" əməkdaşlığı çərçivəsində aparıcı media qurumlarının rəhbərləri ilə görüşdə redaktorların "maşın 2 dəqiqə dayanan kimi nədən cərimə olunur” sualnı cavablandırarkən deyib.

BNA rəhbəri şəhərdaxili marşurutlarla bağlı vəziyyət barədə məlumat verərək bildirib ki, bu gün "BakuBus"dan şikayətlər daxil olmur.

“Narazılıq digər avtobuslardan daxil olur ki, onların hamısına biz nəzarət etmirik. Məqsədimiz də odur ki, avtobuslara nəzarətin ən azı 85 faizi dövlətin nəzarətində olsun. Demək olar ki, hər gün 10-15 sürücü işdən kənarlaşdırılır. Eyni zamanda, 850 sürücü təlimdən keçib. Avtobuslarda kartlaşma sistemi tam tətbiq olunduqdan sonra böyük dəyişikliklərin şahidi olacqsınız”, - deyə V.Kərimli bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı