Modern.az

Naxçıvana gələn İran vətəndaşları üçün viza rüsumu azaldıldı

Naxçıvana gələn İran vətəndaşları üçün viza rüsumu azaldıldı

Aktual

7 Oktyabr 2019, 20:43

Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb.

Modern.az Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə istinadən xəbər verir ki, Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında  İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilib.

Qərar artıq qüvvəyə minib.

Qeyd edək ki, bundan əvvəl İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı