Modern.az

Macarıstan-Azərbaycan oyununa tamaşaçı buraxılmayacaq

Macarıstan-Azərbaycan oyununa tamaşaçı buraxılmayacaq

Aktual

8 Oktyabr 2019, 00:45

Futbol üzrə Avropa çempionatının seçmə oyunları çərçivəsində oktyabrın 13-də Budapeştin “Groupama Aréná” stadionunda Macarıstan və Azərbaycan yığmaları arasında matç boş tribunalarla müşayiət olunacaq.

Modern.az  xəbər verir ki, bu barədə məlumat Macarıstan Milli Futbol Federasiyasının mətbuat konfransında açıqlanıb.

Bildirilib ki, həmin qərar UEFA-nın intizam komissiyası tərəfindən qəbul edilib.

UEFA bu yolla ölkə yığmasını Slovakiya yığması ilə matç zamanı macar fanatların irqçi hərəkətlərinə görə cəzalandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı