Modern.az

Bakıda tələbə qız itkin düşüb

Bakıda tələbə qız itkin düşüb

Aktual

8 Oktyabr 2019, 09:41

Bakıda 18 yaşlı gənc itkin düşüb.

 

Modern.az “Report”a istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.

 

Belə ki, 2001-ci il təvəllüdlü Fatimə Kəlbəliyeva saat 12:30 radələrində yaşadığı Nərimanov rayonu, Nərimanov küçəsi 11 ünvanından çıxaraq Bakı Biznes və Kooperasiya kollecinə gedib. Daha sonra o, bir müddət orada qalıb və kolleci tərk edərək evə qayıtmayıb.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!