Ərizələr noyabrın 8-nə qədər qəbul edilir
"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir.
"Bakı Metropoliteni"ndən Modern.az-a bildirilib ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:
Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq.
Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.
İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Elektron ərizələr 08 noyabr 2019-cu il tarixinə qədər qəbul edilir.