Modern.az

Goranboyu Latviya ilə nə birləşdirir?

Goranboyu Latviya ilə nə birləşdirir?

Aktual

8 Oktyabr 2019, 11:51

Latviya Respublikasının Valka şəhəri ilə Goranboy şəhəri qardaşlaşır.

 

Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir.

 

Modern.az xəbər verir ki, bu məqsədlə, Latviya Respublikasının Valka şəhərinin meri cənab Armands Krauklis 6 nəfərlik nümayəndə heyəti ilə birgə, 07 oktyabr 2019-cu il tarixdə Goranboy rayonuna 3 günlük səfərə gəliblər. Bununla əlaqədar olaraq, Latviya Respublukasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Daynis Qarançs da, öz xanımı ilə birgə, rayona səfərə gəlib.

 

Qonaqları rayon İcra Hakimiyyəti binasının önündə qarşılayan İcra Başçısı cənab Məhərrəm Quliyev öncə onları rəsmi iş otağına dəvət etdi və çay süfrəsi arxasında rəsmi – işgüzar söhbət aparıldı.

 

Səmimi rəsmi – işgüzar söhbətdən sonra İcra Başçısı qonaqlarla birgə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini tər güllərlə  ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzi və Dövlət Bayrağı muzeyində olan qonaqlara  Ümummilli Liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən Goranboy rayonuna səfərləri barədə geniş məlumatlar verilib.

Həmçinin  rayon Mədəniyyət Mərkəzində, rayon Tarix-Diyarşunaslıq Muzeyində və  Şəhər Uşaq İncəsənət Məktəbində olan  qonaqlara milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz  və milli mədəniyyət nümunələrimiz nümayiş etdirilib.

 

Qonaqların səfəri davam edir

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı