Modern.az

Gəncədə ər arvadın boğazını KƏSDİ

Gəncədə ər arvadın boğazını KƏSDİ

Aktual

8 Oktyabr 2019, 13:16

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Sabir qızı əri tərəfindən bıçaqlanıb. İlkin məlumata görə, əri bıçaqla onun boğazını kəsib.

Xəstəxanaya yerləşdirilən N.Mustafayevanın vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!