Fizika üzrə Nobel mükafatının laureatları bu gün elan olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan Ceyms Piblz və isveçrəli Mişel Mayor, Didye Kelo fizika üzrə Nobel mükafatı qazanıblar.
Onlar “fiziki kosmologiyada nəzəri kəşflər” nailiyyətinə görə bu adı qazanıblar. Hər mükafata görə 9 milyon isveç kronu (900 min dollar) pul mükafatı veriləcək. Təltifetmə mərasimi dekbarın 10-da Alfred Nobelin vəfat etdiyi gün keçiriləcək.