Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısındakı razılaşdırılmış piketi başa çatıb.
Bu barədə Modern.az-a Şuranın üzvü Tofiq Yaqublu məlumat verib. O qeyd edib ki, piketdə razılaşdırılandan çox adam olmayıb:
“Biz Bakı Şəhər İcra Hakimiyyətindən 50 nəfərlik piket üçün icazə almışdıq. BŞİH-in qərarına uyğun ayrılmış əraziyə 50 nəfər Milli Şura üzvündən başqa heç kim buraxılmadı. Hətta polislər bir –bir sayaraq, bizə icazə verdilər. Buna baxmayaraq, ətrafda minlərlə insan, media nümayəndələri, sakinlər piketi izləmək üçün toplaşmışdı. Əlavə qruplara polis tərəfindən müdaxilə edilib”.