Modern.az

Xəzərdə 4 balıqçı itkin düşüb - Helikopterlərlə axtarış başlayıb  

Xəzərdə 4 balıqçı itkin düşüb - Helikopterlərlə axtarış başlayıb  

Aktual

8 Oktyabr 2019, 16:56

Xəzərdə 4 balıqçı itkin düşüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 8 oktyabr 2019-cu il tarixində gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...