Modern.az

Azərbaycanda Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü

Azərbaycanda Nazirlik əməkdaşı ağacdan yıxılıb öldü

Aktual

24 Oktyabr 2019, 09:46

Bərdə rayonunda ölüm hadisəsi baş verib.

Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Yusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı Məmmədov Səbuhi Əbülfət oğlu kənd ərazisində xidmətdə olarkən yerdən 3,7 metrlik hündürlükdə olan telefon xəttindəki nasazlığı aradan qaldırmaq üçün yaxınlıqda olan ağaca çıxıb. Həmin vaxt ağacın budağı qırılıb və S.Məmmədov ağacdan yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı