64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Milli Məclisinin deputatı Rüstəm Xəlilov seçicilərlə növbəti görüşünü keçirib.
Modern.az xəbər verir ki, seçicilərin fəal iştirakı ilə keçirilən görüşlər bir sıra kəndlərdə davam edib.
R.Xəlilov seçiciləri dinləyib, müvafiq təşkilatlarla yerindəcə əlaqə saxlayaraq, eləcə də icra hakimiyyəti ilə bərabər bəzi suvarma, su nasosların sazlanması, həmçinin pambıq yığımı və toplanması, mövsümü xarakterli əkin-biçinlə əlaqədar suvarmanın təşkili və sairə həlli vacib məsələləri yerindəcə gündəmə çıxarmaqla bilavasitə icrasına yönəldib.
Görüşdə əsasən Cənab prezidentin sosial yönümlü sərəncamları, Regionların Sosial İqtisadi İnkişaf Proqramına uyğun olaraq aparılan işlər və dövlət qayğısı, bir sıra sahələrin ümumilikdə inkişafına və beləliklə də çoxsaylı problemlərin köklü həllinə gətirib çıxardığı müzakirə olunub.
Seçicilər aylıq əmək haqlarının artırılmasına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar son illər rayonda pambıq əkininin geniş vüsət alması və aidiyyatı hökumət qurumlarının bu sahəyə yaxından qayğısı, digər oxşar sahələrin də inkişafına səbəb olduğunu deyiblər.
Bildirilib ki, ərizə və müraciətlərin nisbətən azalması, görülən tədbirlər fonunda kənd əhalisinin öz işini torpaqla düzgün qurduğunu bir daha göstərmiş olur.
Deputat bu günkü gün öz iqtisadiyyatını yüksəldən kəndlinin müraciətlərini əsasən daha sivil sosial məişət problemlərinin həlli üçün olduğunu vurğulayıb.
Buna görə də çoxminli seçicilər, dövlətin sosial siyasətini dəstəkləyir və cənab prezidentin ətrafında birləşməklə yanaşı, həmçinin xaricdən maliyyələşən bəzi siyasi qüvvələrin də son günlərdəki hərəkətlərini kəskin şəkildə pisləyir.
Seçicilərlə görüş qarşılıqlı müzakirələr şəraitində davam etdirilib.