Modern.az

Ordumuzda hərbi psixoloqların müsabiqəsi keçirilib  

Ordumuzda hərbi psixoloqların müsabiqəsi keçirilib  

Aktual

24 Oktyabr 2019, 18:23

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən, Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən qoşun növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə, xüsusi təyinatlı təhsil müəssisələrində “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin ilkin mərhələsi keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, müsabiqə hərbi psixoloqların ixtisas hazırlığının yüksəldilməsi, psixoloji işə dair üsul və vasitələrin düzgün tətbiqi, peşəkar vərdişlərinin inkişaf etdirilməsi məqsədi ilə təşkil edilir.

 

Birinci mərhələnin nəticələrinə əsasən qaliblər müəyyən olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı