Modern.az

Yerevan zooparkında itlər kenquru və dağ keçilərini parçaladı

Yerevan zooparkında itlər kenquru və dağ keçilərini parçaladı

Aktual

1 Noyabr 2019, 12:32

Yerevan zooparkında heyvanların sayı kəskin azalmaqda davam edir. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, zooparkın heyvanlarına sahibsiz küçə itləri hücum edib.

 

“Noyabrın 1-i saat 6:00-da itlər hücum edərək 3 dağ keçisini parçalayıb. İtləri tutmaq mümkün olmayıb. Çox güman ki, bu ötən gün 3 kenquruya hücum edən sahibsiz itlərdir”- deyə Yerevan zooparkından açıqlama verilib.

İtlərin insanlara da hücum etməsi istisna olunmur.

 

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...