Modern.az

İmişlidə gənc dəm qazından boğuldu

İmişlidə gənc dəm qazından boğuldu

Aktual

6 Noyabr 2019, 21:44

İmişli rayonunda yeniyetmə oğlan dəm qazından zəhərlənib ölüb.

Modern.az "Trend"ə istinadən xəbər verir, hadisə rayonun Şadlinski küçəsi ev 24-də baş verib.

Həmin ünvanda yaşayan 2004-cü il təvəllüdlü Həsənov Ramazan Bilal oğlu yaşadığı evin həyətindəki hamamda çimərkən dəm qazından zəhərlənib.

Azyaşlı hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!