Modern.az

Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Hadisə

Bu gün, 12:23

Astarada idarəetməni itirən mikroavtobus aşıb.

Modern.az APA-ya istinadla xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.

Astara istiqamətində hərəkətdə olan "QazEl" markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar.

Marşrutda 20-ə yaxın sərnişin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!