Modern.az

Hacıqabulda minik avtomobili aşdı: xəsarət alan var

Hacıqabulda minik avtomobili aşdı: xəsarət alan var

Aktual

6 Noyabr 2019, 22:48

Hacıqabul rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən  xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil aşıb. Hadisə zamanı Sabirabad rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Seymur İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı