Modern.az

Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

Bakıda tanışı ilə mübahisə edən şəxs bıçaqlandı

Aktual

6 Noyabr 2019, 23:24

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, rayon ərazisində 1989-cu il təvəllüdlü Adil Heydərov tanıdığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

İki bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!