Modern.az

ATƏT sədri həmsədrlərlə müzakirə apardı

ATƏT sədri həmsədrlərlə müzakirə apardı

Aktual

6 Noyabr 2019, 23:57

ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Modern.az ATƏT-ə sədrlik edən Slovakiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son hadisələr və münaqişənin həlli perspektivləri müzakirə edilib.

Görüşdən sonra M.Layçak bildirib ki, Minsk Qrupunun həmsədrləri tərəflərlə birlikdə gərginliyin azaldılması və barışığa şərait yaradan gələcək tədbirlər barədə müzakirələri davam etdirirlər.

Qeyd edək ki, görüşdə, həmçinin dekabrın 5-6-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasına hazırlıq müzakirə edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı