Modern.az

Kiprli jurnalistlərdən Qurbanova qarşı hörmətsizlik

Kiprli jurnalistlərdən Qurbanova qarşı hörmətsizlik

مورد توجه

7 Noyabr 2019, 00:13

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah keçiriləcək APOEL - "Qarabağ" matçı öncəsi Qurban Qurbanovun mətbuat konfransı baş tutmayıb. Buna Kiprdən olan jurnalistlərin mətbuat konfransına qatılmaması səbəb olub.

Modern.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun "Qafqazinfo"ya verdiyi məlumata görə, Kiprdə oyuna maraq gözlənilən səviyyədə deyil.

"APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransında cəmi 6 jurnalist olub. Həmin konfrans da şəhərin əks istiqamətində, APOEL-in məşq bazasında baş tutub. Buna görə də bir saat sonra keçirilən Qurban Qurbanovun mətbuat konfransında iştirak edə bilməyiblər", - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, Kiprdən olan jurnalistlərin Qurbanovun mətbuat konfransına qatılmaması sosial şəbəkələrdə hörmətsizlik kimi dəyərləndirilib. Onu da əlavə edək ki, Azərbaycandan Kiprə  jurnalist yollanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı