Milli Məclisin komitələrində büdcə zərfinin müzakirə davam edir. Modern.az saytının məlumatına görə, bu gün - noyabrın 7-də parlamentin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsinə daxil olan sənədlər ətrafında polemikalar aparılacaq.
Bununla da 2020-ci ilin büdcə zərfinin komitə müzakirələri yekunlaşacaq.
Bu ayın 12-13 və14-dı isə Milli Məclisin büdcə zərfi ilə bağlı 3 plenar iclası keçirləcək.