Modern.az

Goranboyda Bayraq gününə həsr olunmuş veloyürüş keçirilib - FOTO

Goranboyda Bayraq gününə həsr olunmuş veloyürüş keçirilib - FOTO

Aktual

7 Noyabr 2019, 10:50

Ötən gün Goranboy rayonunda Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 150-dən çox gəncin iştirakı ilə veloyürüş keçirilib.

 

Goranboy RİH-dən Modern.az-a verilən məlumata görə, yürüşün sonunda iştirakçılar mükafatlandırılıb. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı da iştirak edib.

 

RİH-dən verilən digər məlumata görə, ASAN  xidmətin Səyyar işçi qrupu dünənndən Goranboy rayonunda,  vətəndaşlara xidmət göstərmək üçün fəaliyyətə başlayıb.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Asan–Səyyar Xidmətin müvəqqəti fəaliyyət məntəqəsinə gəlib. İcra Başçısı burada,  Xidmətə müraciət etmək məqsədi ilə gələn vətəndaşlarla görüşüb və Xidmətin işçilərinin gündəlik iş rejimi ilə tanış olub.

 

Digər məlumata görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayon İcra Hakimiyyətində vətəndaşları qəbul edib. Vətəndaşları dinləyən icra başçısı səsləndirilən şikayət və müraciətlərin operativ surətdə araşdırılması və müvafiq qaydada həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlarını verib.

 

Həmçinin bildirilib ki, icra başçısı Azərbaycan Respublikasının Milli Qəhrəmanları Maşallah Abdullayev və Məhəmməd Həsənov ilə  rayon İcra Hakimiyyətində işgüzar  görüş keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı