Modern.az

Maştağada avtomobil qaz xəttinə çırpılıb - FOTO

Maştağada avtomobil qaz xəttinə çırpılıb - FOTO

Aktual

7 Noyabr 2019, 12:07

Gecə saat bir radələrində Sabunçu rayonunun Maştağa qayaüstü adlanan (Nardaran yolu) ərazisində avtomobil qaz xəttinə çırpılıb. 

 

"Azəriqaz! ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə nəticədə qaz tənzimləyicisinin 76 mm diametrində siyirtməsi qırılıb və digər qaz xətti üzərindəki qurğulara ziyan dəyib.

 

Qaz sızmasının qarşısı dərhal alınıb. Təmir prosesi zamanı abonentlərə digər qaz xətti vasitəsilə qazın verilişi təmin olunub.

 

Hadisə yerindən çəkilən fotoları məlumata əlavə edirik.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...