Modern.az

Azərbaycan-Türkiyə Hərbi Dialoqu başa çatdı - protokol imzalandı

Azərbaycan-Türkiyə Hərbi Dialoqu başa çatdı - protokol imzalandı

Aktual

7 Noyabr 2019, 12:51

Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işini başa vurub.

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.

Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.

Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı