Modern.az

Mourinyo "Bavariya"nın baş məşqçisi ola bilər

Mourinyo

Aktual

9 Noyabr 2019, 09:00

Portuqaliyalı mütəxəssis Joze Mourinyo Almaniyanın "Bavariya" futbol klubu ilə danışıqlar aparır.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Gazeta.Ru" "La Gazzetta Dello Sport" qazətinin jurnalisti Nikolo Skiruya istinadən bildirib.

56 yaşlı mütəxəssis klubla 2022-ci ilə qədər müqavilə bağlamaq istəyir.

Bildirilir ki, "Bavariya" rəhbərliyi Hollandiyanın "Ayaks" komandasının baş məşqçisi Erik ten Hak və Fransanın PSJ komandasının baş məşqçisi Tomas Tuxelin namizədliyini nəzərdən keçirir.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!