Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli regionunda 2 azərbaycanlı balıqçının itkin düşməsilə bağlı məlumat yayıb.
FHN-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2 dekabr 2019-cu il tarixində Gürcüstan Daxili İşlər Nazirliyindən Qardabani rayonunda ölkəmizlə həmsərhəd ərazidə yerləşən Candargöl gölündə itkin düşən iki nəfər Gürcüstan vətəndaşının axtarışları üçün əraziyə baxış keçirilməsi barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə müraciət daxil olub:
“Bununla bağlı gölün Azərbaycan Respublikası (Ağstafa rayonu) ərazisinə düşən hissəsində axtarışların aparılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri cəlb olunub”.