Goranboyda "Mersedes" markalı yük avtomobili yanıb.
Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Goranboy rayonunun Nadirkənd kəndində “Mersedes” markalı yük avtomobilinin qoşqusunun 8 ədəd təkəri və üzərinə çəkilən örtüyün bir hissəsi yanıb.
Qoşqunun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
T.İSMAYIL