Modern.az

Psixoloqların imtahanı başa çatıb

Psixoloqların imtahanı başa çatıb

Aktual

28 Dekabr 2019, 14:58

Dekabrın 28-də psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi başa çatıb.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumilikdə 2757 namizəd diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib. Diaqnostik qiymətləndirilmə imtahanlarına 2 633 namizəd qatılıb.

 

Namizədlər arasında Bakı şəhəri 263 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Zeyniyeva 55 bal toplayaraq ən yüksək nəticəni göstərib. Gülşən Zeyniyeva 1994-1998-ci illərdə Bakı Dövlət Universitetində fizika ixtisası üzrə bakalavr, 2000-2001-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində psixologiya üzrə yenidənhazırlanma təhsili alıb. O, 13 ildir Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə psixoloq olaraq fəaliyyət göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı