Modern.az

Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb - SƏDR

Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb - SƏDR

Aktual

29 Dekabr 2019, 15:27

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 100-ə yaxın əməkdaşı işdən çıxarılıb.

 

Modern.az-ın məlumatına görə bunu agentliyin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, AQTA-da fəaliyyətə başladığı gündən bu vaxta qədər 100-ə yaxın əməkdaş işinin öhdəsindən gəlmədiyinə görə vəzifəsindən azad olunub:

 

"Neqativ hallarla bağlı agentlik Baş prokurorluğa müraciət edib və üç əməkdaşımız qeyri-qanuni əməllərdə iştirak etdiyi və əməllərində cinayət tərkibi olduğu aşkarlanıb. Hazırda onlar öz cəzalarını çəkirlər".

 

O qeyd edib ki, qida təhlükəsizliyi sahəsində Prezidentin başlatdığı islahatlara kim kölgə salmağa çalışacaqsa, layiqli cəzasını alacaq:

 

“Biz o adamlara qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirləri görəcəyik". 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı