Modern.az

Binə qəsəbəsinə 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO

Binə qəsəbəsinə 12 metrlik avtobuslar xəttə buraxıldı - FOTO

Aktual

30 Dekabr 2019, 09:13

Bu gün səhərdən Binə qəsəbəsi sakinlərinə 160 nömrəli müntəzəm marşrut xətti üzrə “Çinar-Trans” MMC-nin gətirdiyi BMC Procity 12 metrlik avtobuslarla xidmət göstərilir.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumatda bildirilir ki, Agentliyinin tələbinə əsasən marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb:

 

“Avro 6 standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik BMC Procity markalı avtobusların istismara verilməsi 57.000 nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

 

160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlər üçün narahatlıq yaradırdı. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də, genişləndirilib və yeni təmir sexləri yaradılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı