Modern.az

Oqtay Şirəliyev: “Rayon xəstəxanaları müasir cərrahiyyə otaqları ilə tam təmin olunub”

Oqtay Şirəliyev: “Rayon xəstəxanaları müasir cərrahiyyə otaqları ilə tam təmin olunub”

Aktual

30 Dekabr 2019, 14:53

“Bu gün biz artıq deyə bilər ki, ölkənin hər bir bölgəsində müasir tibb müəssisələri şəbəkəsi yaradılıb”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında nazir Oqtay Şirəliyev bildirib.

 

Nazir qeyd edib ki, rayon xəstəxanaları müasir avadanlıqlar və cərrahiyyə otaqları ilə təmin olunub:

 

“Burada ən mürəkkəb əməliyyatları icra etmək mümkündür. Dövlət Proqramları sayəsində ölümlərin sayı azalıb, xəstələrin ömrü uzanıb. Son illərdə səhiyyənin kadr potensialının gücləndirilməsinə böyük diqqət yetirilib. Tibb təhsilində aparılan islahatlar Avropanın qabaqcıl klinikalarında təcrübə keçmək imkanı və digər tədbirlərin nəticəsidir ki, hazırda ən müasir müalicə üsulları tətbiq olunur. Kardiocərrahiyyə əməliyyatları, o cümlədən uşaqların anadangəlmə ürək qüsurları əməliyyatları, orqan transplantasiyaları və.s yerli klinikalarda həkimlər tərəfindən uğurla həyata keçirilir. Yeri gəlmişkən səhiyyəmizin inkişafını həm beynəlxalq qurumlar həm Ümumdünya Səhiyyə Təşkilatı həm də sıravi xarici vətəndaşlar da qeyd edir. Hörmətli həmkarlar 2019-cu il ölkəmizdə islahatlat ili kimi qeyd edilir. Digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsində də davamlı inkişaf gedir. Burada İcbari Tibbi Sığortanı xüsusi vurğulamaq lazımdır. Bu sahədə pilot regionlarda layihələr icra edilir. Səhiyyənin maddi-texniki bazası, kadr potensialı, agentliyin pilot regionlarda əldə etdiyi müsbət nəticələr onu deməyə əsas verir ki, yeni maliyyələşmə modeli bütün ölkədə mərhələli şəkildə tətbiqinə hər cür şərait yaradılıb. Əminəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə əməkdaşlıq şəraitində bu istiqamətdə uğurla çalışacaq.”

 

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı