Modern.az

Bakı metrosunda fasilə: qatar yoluna pirotexniki vasitə atıldı

Bakı metrosunda fasilə: qatar yoluna pirotexniki vasitə atıldı

Aktual

31 Dekabr 2019, 20:13

Bu gün saat 18:40 radələrində Bakı metrosunun "28 May" stansiyasında qatarların hərəkətində bir neçə dəqiqəlik fasilə yaranıb.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.

 

O bildirib ki, həmin stansiyada naməlum sərnişin qatar yoluna pirotexniki vasitə atıb: “Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni üzü “İçəri Şəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti və stansiyaya verilən gərginlik dayandırılıb".

 

Onun sözlərinə görə, əraziyə baxış keçirildikdən sonra hər hansı narahatlıq doğuran məqam aşkarlanmayıb: "Bundan sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə, yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb. Daha sonra qatarlar normal rejimdə fəaliyyətini davam etdirib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı