Modern.az

Ermənistanda kütləvi dava:  5 yaralı

Ermənistanda kütləvi dava:  5 yaralı

Aktual

4 Yanvar 2020, 22:23

Ermənistanda kütləvi dava olub.

Modern.az  “Report”a istinadən  xəbər verir ki, hadisə Armavir vilayətində qeydə alınıb.

Zartonk kəndində baş verən qarşıdurmada bir neçə nəfər xəsarət alıb. Ölkə polisinin mətbuat xidməti bildirib ki, hadisəyə avtomobillərdən birinin sürücüsünün sürət həddini aşması səbəb olub. Nəticədə bir neçə nəfər arasında kütləvi dava başlayıb. Onlardan 5-i müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Qeyd edilir ki, yaralılardan biri bıçaq xəsarəti alıb.

Polis davada iştirak edən 13 nəfəri saxlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı