Modern.az

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanıldı - FOTOLAR

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanıldı - FOTOLAR

Aktual

5 Yanvar 2020, 11:50

Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib:

 

“Belə ki, Baş İdarəyə iki nəfər şəxsin sosial şəbəkələr vasitəsi ilə narkotik vasitələrin satışını həyata keçirmələri barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının paytaxtın Nizami rayonunda keçirdikləri tədbir zamanı həmin şəxslər əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakinləri Hüseyn Dadaşov və Ziya Qasımzadə tutulublar. Onların üzərində şəxsi aparılan zaman külli miqdarda - 47,691 qram heroin və 40,063 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

 

Rəsmi məlumata görə, araşdırma zamanı bu şəxslərin istintaqa şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə etdikləri müəyyənləşib:

 

“Daha sonra H.Dadaşov və Z.Qasımzadə narkotik vasitələrin sosial şəbəkələrdə satışını həyata keçiriblər. Həmin şəxslər narkotik vasitələri paytaxtın müxtəlif yerlərinə qoyaraq həmin ünvanın şəklini çəkib onlardan heroin və ya metamfetamin alan şəxslərə göndəriblər.

 

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı