Modern.az

İrandakı təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar var? – XİN-dən AÇIQLAMA

İrandakı təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar var? – XİN-dən AÇIQLAMA

Aktual

8 Yanvar 2020, 10:11

180 nəfəri daşıyan Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb.

 

Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva  Modern.az-a deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır:

“Ölkəmizin Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır”.

 

Qeyd edək ki, Tehrandan Kiyevə gedən təyyarə İranın İmam Xomeyni hava limanı yaxınlığında qəza keçirib. Təyyarədə personal ilə bərabər 180 nəfər olub. Boeing 737 tipli sərnişin təyyarənin havaya qalxdıqdan az sonra texniki nasazlığa görə qəza etdiyi bildirilir.

 

 İran dövlət televiziyası qəzadan bir nəfərin də sağ qurtulmadığını açıqlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı