Modern.az

Keçmiş deputat 10 il sonra seçkilərə qatılır

Keçmiş deputat 10 il sonra seçkilərə qatılır

Aktual

8 Yanvar 2020, 11:27

Üçüncü çağırış Milli Məclisin deputatı olmuş Lalə Abbasova fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Bu barədə Modern.az-a Lalə Abbasova özü məlumat verib.

 

O, namizədliyinin qeydə alındığını bildirib:

 

“55 saylı Xaçmaz şəhər seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Artıq namizədliyim Dairə Seçki Komissiyası  tərəfindən qeydə alınıb”.

 

Qeyd edək ki, Lalə Abbasova “Qadın və tərəqqi” İctimai Birliyinin sədridir. Heç bir partiyanın üzvü deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı